Bakının mərkəzində erməni maraqlarını bu cür müdafiə etdilər — ŞOK DETALLAR 

Hazırda oxunan: Bakının mərkəzində erməni maraqlarını bu cür müdafiə etdilər — ŞOK DETALLAR 

111394

Ötən gün paytaxtın mərkəzi küçəsində (Tarqovı”) Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiya heç də göründüyü qədər sadə və məsum deyildi. Əslində məqsədin Bəxtiyar Hacıyevə azadlıq olduğu da bir qədər şübhəlidir. Çünki həmişə baş verənlər yenidən təkrarlanır. 

Azərbaycanda, yaxud Azərbaycan ətrafında beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan hadisələr baş verəndə dərhal içəridə kimlərsə komanda almış kimi hərəkətə keçir, kiminsə “haqqını müdafiə məqsədilə” aksiya keçirir, heç kimi tapmayanda hansısa məsələni ortaya atıb küçəyə çıxır və “Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur” görüntüsünü yaradırlar. Təbii ki, bütün bunlar xaricdən aldıqları sifariş əsasında həyata keçirilir, sifarişi verən dairələrin məqsədi isə rəsmi Bakıya təzyiq rıçağı əldə etməkdir. 

İndi nə baş verdi ki, eyni şəbəkə paytaxtın mərkəzində aksiyaya cəhd etdi? 
 
Cavabı paytaxda yox, Xankəndi-Laçın yolunda axtarmaq lazımdır.  



Qarabağda ekoloji terrora etiraz olaraq 10 gündən artıqdır davam edən aksiyaya görə Azərbaycana müxtəlif təzyiqlər edilsə də, rəsmi Bakı vətəndaşların iradəsinin əsas olduğu prinsipindən geri çəkilmir. Bunun fonunda yolda keçirilən aksiya Qarabağda yaşayan erməni əhalisinin mövqeyinə təsir edib, artıq Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərin sayı çoxalır.  

Bu vəziyyət Ermənistanın, onun havadarlarının və anti-Azərbaycan dairələrin əl-qolunu bağlayıb. 



Məhz bu məqamda daxildəki qüvvələrə sifariş gəlir, onlar da paytaxtın mərkəzində aksiyaya cəhd edirlər. Bununla “Azərbaycanda insan haqları pozulur” görüntüsü yaradırlar. 

Bu aksiyanın hədəfi aydın görünür. Bir tərəfdən anti-Azərbaycan dairələrin Ermənistanın maraqları naminə Bakıya təzyiq edə bilməsi üçün “insan haqları”, “demokratiya” kimi klassik vasitələri işə salırlar, digər tərəfdən isə “insan haqlarının pozulduğu Azərbaycanda Qarabağdakı ermənilərin hüquqları təmin edilə bilməz” kimi xain fikirlər formalaşdırmağa çalışırlar və bu, birbaşa Ermənistanın və onun havadarlarının sifarişidir. 

Bütün bunlar Bəxtiyar Hacıyevin müdafiəsi ilə bağlı keçirilən aksiyanın əslində Azərbaycana qarşı məkrli oyunun bir hissəsi olduğunu təsdiq edir. 

Azərbaycan vətəndaşları Laçın yolunda milli mənafeyimizi müdafiə edir, özünü “azərbaycanlı” adlandıran bir qism isə şəhərin mərkəzində erməni maraqları naminə qarışıqlıq törəyməyə çalışır. Bu addımın bir adı var, dövlətə, millətə, Vətənə xəyanət. Cəmiyyət bu xəyanətkarlara yerini göstərməlidir! (demokrat.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin