Fransa millisinin sabiq üzvü karyerasını başa vurdu

Hazırda oxunan: Fransa millisinin sabiq üzvü karyerasını başa vurdu

111332

"Yuventus", PSJ və Fransa millisinin sabiq futbolçusu Blez Matyuidi karyerasını başa vurub. 

Bizim.Media xəbər verir ki, bu barədə 35 yaşlı oyunçu özünün sosial şəbəkə hesabında yazıb:

“Futbol, mən səni çox sevirdim. Futbol, mənə çox şey verdin, amma dayanmağın vaxtı gəldi. Bu uzun yolda geriyə baxanda gözlərimdə işıqlar yanır". 

Qeyd edək ki, Matyuidi PSJ ilə 4 dəfə Fransa çempionu olub, 2 dəfə Fransa kubokunu, 4 dəfə Superkubokunu, 3 dəfə Fransa Liqa Kubokunu qazanıb. O, "Yuventus" ilə 3 dəfə A Seriyasını, 1 dəfə İtaliya kubokunu və ölkə Superkubokunu qazanıb. 
Matyudi Fransa yığması ilə 2018-ci ildə dünya çempionatının qızıl, 2016-cı ildə isə Avropa çempionatının gümüş mükafatçısı olub. Fransız futbolçunun son klubu "İnter Mayami" olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin