Qubada gözü yolda olan kimsəsiz uşaqlar bayramqabağı YAD EDİLDİ - FOTO 

Hazırda oxunan: Qubada gözü yolda olan kimsəsiz uşaqlar bayramqabağı YAD EDİLDİ - FOTO 

111326

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Qubada şəhid ailələri və qazilərdən sonra kimsəsiz uşaqlar yad edildi.  

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, bu gün Quba İcra Hakimiyyətinin başçısı, yerli DTX rəisi, YAP-ın rayon təşkilatının sədri, inzibati orqan rəhbərləri, İcra Hakimiyyətinin məsul şəxsləri, rayon Ağsaqqallar Şurasının sədri Zərdabi qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olan uşaqların təhsil aldığı internat məktəbdə olublar. 

İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qayğı və diqqətə möhtac uşaqları gözəl bayramlar münasibətilə təbrik edib. Uşaqlara sağlamlıq və həyatda öz layiqli yerlərini tapmağı arzu edən rayon rəhbəri onların həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlarını deyib.  

Sonra gözləri həmişə valideynlərini arayan kimsəsiz uşaqlara Yeni il hədiyyələri təqdim edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin