“Ermənilər Azərbaycan ekologiyasına külli miqdarda ziyan vurub” - Ceyhun Bayramov

Hazırda oxunan: “Ermənilər Azərbaycan ekologiyasına külli miqdarda ziyan vurub” - Ceyhun Bayramov

111295

“Azərbaycanın təbii sərvətlərinin talanması xeyli sürətlənib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

Nazir qeyd edib ki, Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasının əsas səbəbi Qarabağda yerləşən faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismar olunmasıdır:

“Ermənistan bizim faydalı qazıntı yataqlarımızı qanunsuz şəkildə və barbarcasına istismar edib. Bunu təsdiq edən xarici və yerli mütəxəssis rəyləri mövcuddur. Bu rəylər sübut edir ki, Azərbaycanın ekologiyasına külli miqdarda ziyan vurulub. Belə olan halda Azərbaycan ictimaiyyəti öz narazılığını bildirməli idi. 

Azərbaycan hər zaman səbrli mövqe nümayiş etdirib. Bu məsələ ilə də bağlı keçən ilin noyabrında müraciət edilib və son iki ay ərzində bu müraciətlər daha da intensivləşdirilib. Çünki son 2 ayda özünü erməni icmasının rəhbərləri kimi təqdim etməyə çalışanlar meydana çıxıb.

Həmin şəxslərin Qarabağa heç bir aidiyyəti olmasa da, onlar özlərini rəhbər sayır və bu şəxslərin gəlişindən sonra ölkəmizin sərvətlərinin talanması daha da sürətlənib. Bu səbəbdən də son aylar ərzində Azərbaycan tərəfi ilə Rusiya sülhməramlı qüvvələri arasında danışıqlar aparılıb, razılığa gəlinib. 
Bundan sonra ərazinin monitorinqi üçün gedən azərbaycanlı mütəxəssislər ermənilər tərəfindən əraziyə buraxılmayıb. Aktivistlər və ictimaiyyət məsələnin dinc yolla həllinə ümidini itirərək aksiya keçirmək qərarı qəbul etdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin