Ceyhun Bayramovu Moskvaya aparan SƏBƏB nədir? – Müzakirədən KƏNAR  

Hazırda oxunan: Ceyhun Bayramovu Moskvaya aparan SƏBƏB nədir? – Müzakirədən KƏNAR  

111270

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərlə Moskvadadır. Səfər çərçivəsində C.Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü keçirilib.

Bizim.Media-ya açıqlama verən politoloq Natiq Miri Bayramovun Lavrovla görüşünü belə xarakterizə edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada Azərbaycan-Rusiya XİN rəhbərlərinin görüşü keçirilir


“Əslində Moskvada üçtərəfli görüş olmalı idi. Amma son anda Ermənistan bu görüşdən imtina etdi. Həmin üçtərəfli görüşün baş tutmaması fonunda C.Bayramovun Moskva olan bu səfəri bilavasitə Laçın yolunda mövcud olan problemlərin müzakirəsinə həsr edilib. Moskva bu problemi nə qədər üzərindən atmaq istəsə də, Rusiyanın burada geosiyasi və iqtisadi maraqları da mövcuddur. Rus sülhməramlıların davranışı ilə bağlı Bakının razı olmadığı məqamlar da var. Bu kimi kompleks məsələlər mütləq mənada həllini tapmalıdır. Kompleks məsələlər içərisində Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsi,10 noyabr sənədinin 4-cü müddəasının yerinə yetirilməsi məsələləri də var”. 

Ekspert bildirir ki, Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir: 

“Sadaladığım məsələlər həllini tapmadan problemlər qalmaqda davam edəcək. Bu da Rusiya-Azərbaycan arasında gərginliyi artıra bilər. Ona görə də Moskva üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Məhz bu problemlərin müzakirəsi üçün Bayramov Moskvaya gedib. Mətbuata açıqlanan məlumatlardan başqa da müzakirələrin getdiyi şübhəsizdir.Bakı öz mövqeyində israrlıdır, ya Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək, ya Azərbaycan həll variantlarını özü seçəcək”. 

Amma həmsöhbətimiz bu səfərdən nəyin açıqlanmasından asılı olmayaraq ciddi nəticə gözləmir:

“Çünki hələ də Moskvanın proseslərə münasibəti dəyişməyib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin