Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə layihələr Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəsinə əsasən, İsmayıl Kamil oğlu Xəlilov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilir. Eyni zamanda layihəyə görə, aşağıdakı apelyasiya instansiyası məhkəmələri hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəmənin hakimi təyin ediləcəklər:
- Xıdırov Əhliman Mehman oğlu – (Naxçıvan MR Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri));
- Abdulov Rəşad Məhərrəm oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi;
- Babayev Zəki Baba oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi;
- Məmmədov Vidadi Məmməd oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi;
- Cəfərov Vidadi Cəfər oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi (Cinayət Kollegiyasının sədri).
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:39 / 23.12.2022
Ali Məhkəmənin yeni hakimlərinin adları məlum oldu – SİYAHI
Hazırda oxunan: Ali Məhkəmənin yeni hakimlərinin adları məlum oldu – SİYAHI
Hazırda oxunan: Ali Məhkəmənin yeni hakimlərinin adları məlum oldu – SİYAHI
111226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.