Bu gün Bakı-Quba yolunun Quba-Bakı istiqamətində əsaslı bərpa gedən hissəsinin sürücülərin istifadəsinə verilməsi gözlənilir.
Millət vəkili Vahid Əhmədovun Bizim.Media-ya verdiyi məlumata görə, yolun saat 14:00-da açılması gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
Pullu yolun istifadəyə verilməsi təxirə salındı - SƏBƏB
Onun sözlərinə görə, yolun açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov iştirak edəcək.
Bayramqabağı bu gözəl xəbər hər kəs üçün sevindirici olacaq. Şimal bölgəsinin sakinlərinə, Qubanın turizim mərkəzlərinə üz tutanlara, xüsusi ilə də sürücülərə “gözünüz aydın olsun” deyirik.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu