Yapon pianoçu Yusey İnui “Xudayar təsnifi”ni aranjiman edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı musiqiçi “AZƏRTAC”a açıqlama verib.
Yusey İnui deyib ki, Azərbaycan musiqisi onu heyran edib:
“Bu xalqı, onun qədim və zəngin mədəniyyətini indiyədək tanımadığıma görə özümdən utandım”.
“Xudayar təsnifi”ni ifa edərkən keçirdiyi hisslər barədə suala cavab verən pianoçu bildirib ki, mahnının daşıdığı mənanı dərindən başa düşdüyünə görə onu bütün qəlbi ilə hiss edir.
Qeyd edək ki, “Xudayar təsnifi” və ya əvvəlki adı ilə “Vətən yaxşıdır” musiqisi Xalq artisti, xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələdiyi təsnifdir.
Bizim.Media