Polşa millisinin kapitanı Robert Levandovski yığmanın çalışdırıcısı Çeslav Mixneviçin istefaya göndərilməsinə təsir edib.
Bizim.Media "Radio ZET"ə istinadən xəbər verir ki, hələ DÇ-2022 bitməmiş Levandovski Polşa Futbol İttifaqının prezidenti Çezariy Kuleşaya zəng edib və oyunçuların mövqeyini bildirib.
Qeyd edib ki, komanda üzvləri Mixneviçlə davam etməyin əleyhinədir.
Hətta bir çox aparıcı futbolçu polşalı mütəxəssisin komandadan ayrılmayacağı halda millidəki karyerasını başa vuracağı ilə federasiyanı hədələyib.
Qeyd edək ki, Mixneviç bu ilin yanvar ayından Polşa millisini çalışdırırdı. O, 2022-ci il dekabrın 31-də vəzifəsini rəsmən tərk edəcək. Polşa millisi DÇ-2022-nin 1/8 finalda Fransaya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:32 / 23.12.2022
Millinin baş məşqçisi Levandovskinin zəngindən sonra istefaya göndərilib
Hazırda oxunan: Millinin baş məşqçisi Levandovskinin zəngindən sonra istefaya göndərilib
Hazırda oxunan: Millinin baş məşqçisi Levandovskinin zəngindən sonra istefaya göndərilib
111139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.