Rusiya prezidenti Vladimir Putin hazırda Qarabağda təlxəklik edən erməni iş adamı Ruben Vardanyanın Rusiya Federasiyası vətəndaşlığından çıxması ilə bağlı müraciətini təmin edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, sənəd cümə axşamı rəsmi hüquqi informasiya portalında dərc olunub.
“Aşağıdakı şəxslərin Rusiya Federasiyasının vətəndaşlığından çıxması haqqında ərizəsi təmin edilsin: Vardanyan Ruben Karlenoviç, 1968-ci il mayın 25-də Ermənistanda anadan olan”, prezidentin sərəncamının mətnində deyilir.
Həmin fərmanla rus əsilli britaniyalı iş adamı Konstantin Sidorovun da Rusiya vətəndaşlığından çıxması ilə bağlı müraciəti təmin edilib.
Qeyd edək ki, sentyabr ayında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.
Rusiyada o, “Troyka Dialoq” şirkətini qurub və Moskvada “Skolkovo” İdarəetmə Məktəbinin ilk prezidenti olub. Noyabrın 4-də məlum olub ki, tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) “prezidenti” Arayik Arutyunyan Vardanyanı “dövlət naziri” təyin edib. Bu barədə məlumat qondarma qurum “rəhbəri”nin saytında dərc olunub.
Bizim.Media
- A-
- A
- A+
Region
15:17 / 22.12.2022
Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı
Hazırda oxunan: Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı
Hazırda oxunan: Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı
111057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.