Donald Trampın kəşfiyyat hesabatlarına çıxış imkanı məhdudlaşdırıldı

Hazırda oxunan: Donald Trampın kəşfiyyat hesabatlarına çıxış imkanı məhdudlaşdırıldı

11101

ABŞ tarixində Donald Tramp səbəbilə daha bir prezidentlik ənənəsi pozulub. Belə ki, Co Bayden Trampın kəşfiyyat hesabatlarına girişinin əngəllənməsi ilə bağlı qərar verib. Bu qərar ölkə tarixində ilk dəfə baş verdiyi qeyd olunur.

Bizim.Media xəbər verir ki, ABŞ prezidenti Co Bayden bu barədə CBS televiziyasına müsahibəsi zamanı məlumat verib.

 

MÖVZU İLƏ BAĞLI:

Bayden Trampın qanununun üstündən xətt çəkdi - Viza asanlaşır - FOTO


Bayden Donald Trampa gizli saxlanılmasına ehtiyac olan həssas məlumatlarla bağlı etibar etmədiyini qeyd edir.

O, verdiyi yeni qərarla Trampın artıq kəşfiyyat hesabatlarına çıxış imkanının olmayacağını açıqlayıb.

Bayden bu qərarına səbəb olaraq Trampın qeyri-sabit davranışlar sərgiləməsini göstərib.

Xatırladaq ki, ABŞ-dakı prezidentlər səlahiyyət müddəti bitdikdən sonra da kəşfiyyat hesabatlarına daimi çıxış imkanına malik olurlar.

Beləliklə, Donald Trump səlahiyyət müddəti bitdikdən sonra kəşfiyyat hesabatlarına çıxış imkanı məhdudlaşdırılan ilk ABŞ prezidenti olacaq.

Rəvan Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin