Azərbaycanda bu il İİV-ə yoluxanların SAYI 

Hazırda oxunan: Azərbaycanda bu il İİV-ə yoluxanların SAYI 

110998

2022-ci ilin 11 ayı üzrə 731 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub.

Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Bildirilib ki, bunların 715-i Azərbaycan vətəndaşıdır.

Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10101 nəfər qeydiyyata götürülüb (9772-si Azərbaycan vətəndaşı, 329-u əcnəbi).
İİV-ə yoluxanların 10101 nəfərin 7195-i kişi, 2906-sı qadındır. Onlardan 3556-sı İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2499 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin