Qum elmi-dini hövzəsinin ruhanisi Arəş Hünərvər Şucayi şiə fiqhinə istinad edərək İranın dini rəhbəri Xameneini yer üzünün fitnə-fəsad törədən şəxs adlandırıb və onun cəzalandırılmasını tələb edib.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, o, dini ictihad dərəcəsinə çatıb və uzun illər boyu Qum elmi hövzəsində tədris edib. Bir müddət şiə mərcəyi-təqlidlərindən olan Cavadi Amolinin dəftərxanasında işləyib.
Şucayi deyir ki, Xamenei törətdiyi qətllər və repressiyalara görə, "mufsid-i fil-ərz"dir (yer üzündə fəsad törədən) və qanı halal sayılır.
-"Allahın adı ilə! Mən Arəş Hünərvər Şucayi 20 il elmi-dini hövzədə fəaliyyət göstərmişəm və hüquq təhsili almışam.
Həmin fiqh və hüquq prinsiplərinə uyğun olaraq İran xalqı qarşısında və Quran, insan və İran məhkəməsində İslam Respublikasının rəhbəri Seyid Əli Xameneyini törətdiyi saysız cinayətlər, İranda tökdüyü qanlar və İslamın, İranın və insanın ən böyük düşməni olaraq onları təhqir etdiyinə və repressiyalar həyata keçirdiyinə görə yer üzündə fəsad törədən və qanının axıdılmasına icazə verilən hesab edirəm və edam olunmasına hökm edirəm.
Kim insanların qanını axıdırsa, günahkardır və Allah qarşısında cavab verməlidir. Bu hökmün icra edlməsi ümidi ilə!
Bu, hökmün mətni idi, təfsirə uyğun istinadlarını da tezliklə açıqlayacağam".
-Həqiqətən də İran xalqının çoxu başına gələn bütün bədbəxliklərin, qətllərin və repressiyaların əsas səbəbkarı kimi Xameneyini görür və onun cəzalandırılmasını tələb edir. Etirazlarda əhali "Xameneyiyə ölüm olsun" şüarı ilə çıxış edir və onu "torpağa basdıracaqlarını" bildirilər. Amma bu, ilk haldır ki, bir şiə ruhanisi İslam Respublikasının rəhbərinin "yer üzündə fəsad törədən" və "qanı halal" olduğunu elan edir.
Xameneyi, ona və hakimiyyətinə qarşı etirazlar yüksələn kimi kameralar qarşısına çıxaraq xalqı öldürməyi əmr edib və onun məsuliyyətini başqalarının boynuna atıb.
ABŞ-ın Şimali Karolina York Universitetinin professoru Mohsen Kədivər: "Əgər İranda hüquq dövləti olsaydı, deputatlar xalqın həqiqi vəkilləri olsaydılar, məhkəmə müstəqil fəaliyyət göstərsəydi, konstitusion öhdəliklər yerinə yetirilmiş olardı. Amma, bu gün biz məzhəb donuna bürünmüş dini despotizmlə qarşı-qarşıyayıq və bir nəfər dünya müsəlmanlarının rəhbərliyinə iddialıdır, həm də mütləq vilayəti-fəqihlik iddiasındadır. Belə olduqda, bütün məsuliyyətlər həmin şəxsin, İslam Respublikası rəhbərinin üzərinə düşür".
-Əli Xameneyi etirazçılara edam hökmünü verən şəxsdir.
-Mohsen Kədivər: "müharibə hökmü" xalqa qarşı yox, hökumətə qarşı baş verərsə, həmin cinayəti törədən şəxs həddini aşmış hesab edilir”.
İslam Respublikası sistemimi tənqid edən Ayətullah Müntəzirinin tələbələrindən biri olan Mohsen Kədivər deyir ki, ona çatan məlumata görə, Xameneyi hökumət rəsmiləri ilə görüşdə etirazçıların edam edilməsi əmrini verib və ona görə, edamlar birbaşa onun göstərişi ilə həyata keçirilir.
Kədivər yazır: "Bildiyimə görə, etirazçılara qarşı zorakılığa məhkəmə, ədliyyə, Ali Milli Təhlükəsizlik Şurası və Məsləhət Şurası tərəfindən ciddi narazılıqlar edilməsinə baxmayaraq Xameneyi məhkəməyə təzyiq edib, iğtişaşçı adlandırdığı etirazçıları edam etməyə məcbur edib və əslində edamların bir çoxu Xameneyinin əmri ilə baş tutub. Prezident, Məhkəmə Sisteminin rəhbəri və baş prokuror öz çıxışında Xameneyinin mövqeyini müdafiə ediblər.
Kədivər deyib ki, şübhəsiz ki, edamlarda şəxsən Xameneyinin əli var amma bu, Ali Məhkəmənin sədri, baş prokuror və hökmü yerinə yetirənlərin məsuliyyət daşımaması anlamına gəlmir. Onların hamısı etirazçıları edam etməklə şəriətə və hüquqa zidd əməldə şərikdirlər.
Görünür, Xameneyinin təzyiqi Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Ejeinin öz çıxışında hökmlərin yerinə yetirilməsinin qətiləşdiyini bildirməsinə səbəb olub.
-Ejeyi: "Çıxarılan yekun hökmləri heç cür təxirə salmaq olmaz. Verilən hökmü hər hansı sahədə təcili olaraq yerinə yetirmək lazımdır!"
-Müharibə ittihamı və etirazçılara edam hökmü vermək İslam Respublikasının xalqın inqilab hərəkatını yatırmaq üçün işlətdiyi sonuncu silahıdır. Amma xalq dekabrın 19-da İslam Respublikasının rəhbərliyinə qarşı genişmiqyaslı aksiyaları ilə bir daha göstərdi ki, hökumətin bu son silahından da qorxmur və bu rejimin devriləcəyi günə qədər öz yoluna davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
11:06 / 22.12.2022
İranlı din xadimi: "Xamenei cinayətkardır və cəzalandırılmalıdır"
Hazırda oxunan: İranlı din xadimi: "Xamenei cinayətkardır və cəzalandırılmalıdır"
Hazırda oxunan: İranlı din xadimi: "Xamenei cinayətkardır və cəzalandırılmalıdır"
110997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.