Avropa İnsan Haqları Məhkəməsindən Ermənistana RƏDD CAVABI

Hazırda oxunan: Avropa İnsan Haqları Məhkəməsindən Ermənistana RƏDD CAVABI

110980

Avropa İnsan Haqları Məhkəməsi İrəvanın Laçın yolunun “açılması” üçün Bakıya müvəqqəti tədbirlər tətbiq etmək tələbini rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya teleqram kanallarında yer alıb.

Mənbə xatırladır ki, Ermənistan hökuməti Laçın yolunun “açılması” üçün Azərbaycana qarşı müvəqqəti tədbirlər görülməsini tələb edib.

Onların fikrincə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ağır xəstələrin və digər ermənilərin təhlükəsiz keçidinə icazə verilməlidir.

İrəvan hesab edir ki, rəsmi Bakı təbii qazın verilməsini bərpa etməyi öhdəsinə götürməlidir.

Yeri gəlmişkən, Laçın yolu rus sülhməramlıları tərəfindən bağlanmışdı. Yol humanitar məqsədlər üçün açıqdır. Ancaq Azərbaycan həmin yoldan separatçılara silahların daşınmasına, faydalı qazıntıların Ermənistana aparılmasına icazə verməyəcək.

Bu, rəsmi Bakının net cavabıdır. Elə bu baxımdan adı çəkilən yolda fəalların aksiyası 11 gündür ki, davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin