İranın birinci vitse-prezidenti İsak Cahangiri ABŞ-ın sanksiyaları səbəbiylə İranın 100 milyard dollarlıq neft gəlirindən məhrum olduğunu açıqladı.
MÖVZU İLƏ BAĞLI:
İran “rus ruleti” oynayır – TƏHLİL
İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, Kermanşah vilayətindəki neft-kimya zavodunun təməlqoyma mərasimində çıxış edən Cahangiri ölkə iqtisadiyyatı ilə bağlı açıqlamalar verib.
Neft-kimya sənayesinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olduğunu deyən Cahangiri, özəl sektor nümayəndələrini bu sahəyə investisiya qoymağa çağırıb.
Cahangiri, son illərdə ABŞ-ın sanksiyaları səbəbindən zərər görən İran iqtisadiyyatına haqqında da fikirlərini səsləndirib. "Sanksiyalar neft gəlirlərimizdən təxminən 100 milyard dollar itirməyimizə səbəb oldu”, deyə qeyd edib.
Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani də 26 sentyabr 2020-ci ildə etdiyi bir çıxışında ABŞ-ın 2018-ci ildən bəri tətbiq etdiyi sanksiyalardan yaranan ümumi itkilərin 150 milyard dollar olduğunu bildirmişdi.
İranla ticarət edən bir çox ölkə ABŞ-ın sanksiya təhdidi səbəbindən İrandan neft almasını dayandırmasına səbəb olub.
Rəvan Əliyev, Bizim.Media