ABŞ Prezidenti Co Bayden, uran zənginləşdirilməsini dayandırana qədər İrana tətbiq olunan sanksiyaları ləğv etməyəcəklərini açıqladı.
İranın ali lideri Ayətullah Əli Xameneyinin "Birincisi, Vaşinqton sanksiyaları ləğv etməlidir" açıqlamasına ABŞ-ın yeni prezidenti Co Baydendən cavab gecikməyib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ İrana qarşı sanksiyaları artırdı
CBS-ə açıqlama verən ABŞ prezidenti Co Bayden İranla nüvə razılaşması danışıqlarına qayıtmaq üçün sanksiyaları ləğv etməyəcəyini və sanksiyalar qaldırılmadan əvvəl İranın uran zənginləşdirməsini dayandırması lazım olduğunu bildirib.
CBS müxbiri Norah O'Donnellin İranı danışıqlar masasına qaytarmaq üçün tətbiq olunan sanksiyaları ləğv edib etməyəcəyi soruşulduqda, Bayden sadəcə "Xeyr" cavabını verib.
Rəvan Əliyev, Bizim.Media