Hindistanın Uttarakxand ştatında buzlağın sürüşməsinin səbəb olduğu daşqın nəticəsində 150-dən çox insan itkin düşdüyü bildirilir.
Bizim.Media “Sky Nyus”-a istinadən xəbər verir ki, itkin düşənlərin əksəriyyəti təbii fəlakətin episentrində yerləşən “Rişiqanqa” su elektrik stansiyasının işçiləridir.
MÖVZU İLƏ BAĞLI:
Hindistanda dəhşətli yanğın - 10 körpə öldü
Telekanalın məlumatına görə, nəhəng buz kütlələri Himalayın dağ çaylarına düşərək Hindistanın yüksək dağlıq rayonlarında daşqınlara səbəb olub.
Daşqınla əlaqədar su elektrik stansiyalarından aşağıda yerləşən yaşayış məntəqələrindən əhalinin təxliyəsinə başlanılıb, əraziyə xilasedicilər cəlb olunub.
Xilasedicilər buzlaq sürüşməsi nəticəsində itkin düşənlərdən 9 nəfərin cəsədi aşkarlayıb. Onlar Tapovan bəndində tunel tikintisində iştirak edən fəhlələr olduğunu bildirilir.
Bizim.Media