Rəqəmsallaşma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas istiqamətlərindən biridir.
Bir gündə orta hesabla nazirlik tərəfindən 100 min insana xidmət göstərilir və bu xidmətlərin keyfiyyəti, şəffaflığı və operativliyindən əmin olmaq üçün rəqəmsallaşma vacibdir.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma sahəsində işlər demək olar ki, yekunlaşıb.
Hazırda 120-dən artıq, ilin sonuna qədər isə ümumi sayı 140 olan xidmət elektron platforma üzərindən reallaşacaq. Bu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərin 90 faizi deməkdir. “Cari ilə qədər əmək müqavilələri kağız üzərində imzalanırdı.
May ayından etibarən artıq elektron müqavilə imzalamaq imkanı yaradılıb. Planlarımızdan biri də növbəti ildən bütün müqavilələrin elektron platforma üzərində imzalanmasıdır. Bu isə əmək müqavilələrində mövcud ola biləcək əmək məcəlləsi xətalarının böyük bir hissəsini aradan qaldıracaq. Məzuniyyət, ezamiyyət, iş saatları, xüsusi həssas kateqoriyadan olan insanların əmək münasibətləri ilə bağlı yaranan problemlərin qarşısı alınacaq”,- deyə S.Babayev qeyd edib.
Çoxsaylı elektron platformalarının yaradıldığını bildirən nazir, bu platformalara CV ilə bağlı 80 mindən çox müraciət gəlib.
“E-sosial portalı isə 1 milyon 100 min aktiv istifadəçiyə malikdir. Yəni Azərbaycan əhalisinin 11 faizi aktiv şəkildə E-sosial portalından istifadə edir. Cari il ərzində ümumi elektron platformalarından 17 milyon dəfə istifadə edilib”,- deyə qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 21.12.2022
Növbəti ildən əmək müqavilələri elektron platforma üzərində imzalanacaq
Hazırda oxunan: Növbəti ildən əmək müqavilələri elektron platforma üzərində imzalanacaq
Hazırda oxunan: Növbəti ildən əmək müqavilələri elektron platforma üzərində imzalanacaq
110835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.