Xameneyi: “Nüvə razılaşmasında heç kim İrana şərt qoya bilməz”

Hazırda oxunan: Xameneyi: “Nüvə razılaşmasında heç kim İrana şərt qoya bilməz”

11080

İran ali dini lideri Əli Xameneyi, ölkəsinin nüvə razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirmədən əvvəl ABŞ-ın bütün sanksiyaları ləğv etməli olduğunu bildirib.

Bizim.Media məlumat verir ki, öz tvitter hesabında yayımladığı açıqlamada Xameneyi, "Tehranın nüvə razılaşmasına dair öhdəliklərini yerinə yetirəcəyi təqdirdə" razılaşmaya geri dönəcəklərini açıqlayan ABŞ rəhbərliyi və Avropa ölkələrinə sərt reaksiya verib.

 

MÖVZU İLƏ BAĞLI:

İranın Ali Rəhbəri ABŞ-dakı prezident seçkilərini  tamaşa adlandırıb

​​​​​​​
İranın bütün öhdəliklərə əməl edən tərəf olduğunu qeyd edən Xameneyi, razılaşma üçün şərt qoyacaq tək tərəfin Tehran rəhbərliyi olduğunu vurğulayıb.

ABŞ və nüvə sazişinin Avropalı üzvləri olan Almaniya, İngiltərə və Fransanın öz öhdəliklərini pozduğunu bildirən Xameneyi, onların razılaşmaya qayıtmaq üçün şərt qoymaq hüququna malik olmadığını bildirdi.

"Əgər İranın öz öhdəliklərinə qayıtmasını istəyirlərsə, ABŞ bütün sanksiyaları ləğv etməlidir. Daha sonra öhdəlikləri yerinə yetirəcəyik."

Xatırladaq ki, İranla ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və İngiltərə arasında 2015-ci ildə Tehranın nüvə fəaliyyətini tənzimləmək və ona nəzarət etmək üçün bir müqavilə imzalanmışdır.

Donald Tramp prezidentliyə seçildikdən sonra, ABŞ 8 may 2018-ci ildə birtərəfli qaydada razılaşmadan çıxıb və yenidən İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Rəsmi Tehran isə sanksiyalara cavab olaraq müqavilə öhdəliklərini tamamilə dayandıraraq yüksək səviyyədə uran zənginləşdirilməsi də daxil olmaqla bir sıra addımlar atıb.

Son günlərdə isə ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Tehranın müqavilədəki öhdəliklərini yerinə yetirəcəyi təqdirdə razılaşmaya qayıdacaqlarını açıqlayıb. İran isə ABŞ-ın heç bir şərt qoymadan razılaşmaya qayıtmalı və tək tərəfli müqavilədən çıxdığı üçün sanksiyaları ləğv etməli olduğunu bildirir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin