Döyüldüyü iddia edilən körpə sığınacaqdan ALINIR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Döyüldüyü iddia edilən körpə sığınacaqdan ALINIR? – Rəsmi AÇIQLAMA 

110767

Azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” sığınacağında ölümə tərk edilən “Totu” ləqəbli Aysunun dəhşətli görüntüləri hələ də müzakirə olunur. 

Sığınacaqda anası ilə birgə yaşayan “Totu”nun 2 il ərzində orada döyülərək ölümcül hala gətirildiyi iddia olunur. Ayrıca sığınacaq sahibi Könül Qasımovanın da orada yaşayan uşaqlarla davranışı və hərəkəti barədə çoxsaylı şikayətlərin olduğu qeyd edilir. 
Körpənin tükürpədici görüntüləri və gələcək taleyi indi ictimaiyyətin ciddi marağındadır. Bir sözlə “Totu” nun dərhal müayinə və müalicə olunaraq dövlətə verilməsi tələb edilir. Sığınacaq sahibi Könül Qasımovaya və körpənin anasının ünvanına isə sərt tənqidlər davam edir.

Sağlamlığı təhlükədə olan uşaq sığınacaqdan alınacaqmı? 

Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları 2 yaşlı Aysunun yaşadığı ünvana gediblər: 
 

MÖVZU İLƏ BAĞLI:

Körpənin döyüldüyü iddia edilən sığınacaq sahibi: “Məni heç kim yıxa bilməz”


“Azyaşlı, anası Şəlalə Vaqif qızı Mürsəlova ilə birgə 2021-ci ilin fevral ayından qeyd olunan binada məskunlaşıb. Şəlalə Mürsəlova övladı Aysunun doğulandan səhhətində müəyyən problemlərinin olduğunu qeyd edib.

Anaya övladı ilə birlikdə Sosial Xidmətlər Agentliyinin tabeliyində Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reablitasiya Müəssisəsinə yerləşdirilmə, burada reabilitasiya prosesinə cəlb olunma təklif olunsa da, qadın bundan imtina edib. Xanımın razılığı olacağı təqdirdə onları Agentliyin müvafiq müəssisəsinə qəbul etməyə hazırıq”, - deyə Murad Həşimov əlavə edib.

Qeyd edək ki, ittihamlarda adı çəkilən “Sevgi evi” Uşaq sığınacağının sahibi Könül Qasımova körpənin döyülmədiyini, TƏBİB-in nəzdində olan Uşaq Nervpotologiya Xəstəxanasının qeydiyyatında və bu yaxınlarda müalicə olunduğunu bildirib.
Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılıb və araşdırma aparılırdı.

İyun ayında isə qalmaqalı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildiyi bildirilmişdi.

Onu da bildirək ki, “Sevgi evi” Uşaq sığınacağında baş verənlərlə bağlı istintaq yekunlaşıb və iş materialları məhkəməyə göndərilib. Amma 7 aydır qapadılması barədə qərar verilsə də, sığınacaq fəaliyyətdədir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin