Xəbər verdiyimiz kimi, Əməkdar artist Nailə İslamzadə 34 yaşlı oğlu İslamın ailəsinə baş çəkmək üçün ABŞ-a yollanıb.
Bizim.Media xəbər verir ki, bir aya yaxındır ki Nyu-Yorkda olan televiziya ulduzu nəvəsi ilə birgə axşam gəzintisi zamanı çəkilən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Kadrlarda N.İslamzadənin nəvəsini qucağına alaraq, onu əzizləməsi əks olunub. Diqqət çəkən məqam isə videoda aparıcının nə oğlu İslamın, nə də ki, gəlini Esmiranın gözə dəyməsi olub.
Qeyd edək ki, Nailə İslamzadənin oğlu İslam iki dəfə ailə qurub.
Rəşad Əliyev, Bizim.Media
