Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin yüksək səviyyəli görüşündə iştirak məqsədilə Səudiyyə Ərəbistanı Krallığının (Krallıq) Ciddə şəhərində səfərdədir.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İclası giriş sözü ilə açan ev sahibi, Krallığın Nəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha) Prezidenti Mazin bin İbrahim Əl Kahmus yüksək səviyyəli konfransı açıq elan edərək qəbul ediləcək Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının iqtisadi cinayətkarlığa qarşı işbirliyinə verəcək töhfədən danışıb.
Açılış iclasında çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində aparılmış genişmiqyaslı islahatlardan, o cümlədən qanunvericilik və institusional tədbirlər haqda görüş iştirakçılarını məlumatlandırıb. Həmçinin qeyd olunub ki, ölkəmiz İƏT çərçivəsində hüquqi əməkdaşlığa böyük önəm verərək Məkkə Konvensiyasının qəbul olunmasını dəstəkləyir.
57 üzv dövlətin baş prokurorları, ədliyyə, daxili işlər nazirləri, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin çıxışlarından sonra Konvensiya layihəsi yekdilliklə qəbul edilib.
Səfər çərçivəsində Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumununun Prezidenti Mazin bin Ibrahim Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.
2023-cü ilin yanvar ayında ölkəmizin Baş Prokurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanması nəzərdə tutulan Əməkdaşlıq haqqında memorandumla əlaqələrimizin bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Həmçinin, səfər zamanı Kamran Əliyevlə İNTERPOL-un baş katibi Yurgen Ştok arasında ikitərəfli görüş keçirilib. Görüşdə cinayətkarlıqla mübarizə sahəsində müsbət təcrübənin formalaşması və bu sahədə İnterpol-un vacib rolu qeyd olunub.
Tədbirlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:56 / 20.12.2022
Baş prokuror Ciddəyə SƏFƏR ETDİ - Korrupsiyaya qarşı mübarizə məzmunlu iclasa qatıldı - FOTO
Hazırda oxunan: Baş prokuror Ciddəyə SƏFƏR ETDİ - Korrupsiyaya qarşı mübarizə məzmunlu iclasa qatıldı - FOTO
Hazırda oxunan: Baş prokuror Ciddəyə SƏFƏR ETDİ - Korrupsiyaya qarşı mübarizə məzmunlu iclasa qatıldı - FOTO
110691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.