"Dövlətin mediaya dəstəyi yüksək qiymətləndirilməlidir".
Bizim.Media xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında “Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli deyib.
"Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi dəstək layihələri çap və onlayn media subyektlərinin işini stimullaşdırır.
Bu, həm də rəqabətdir, təbii ki, rəqabət olan yerdə inkişaf olur. Dövlətin bu məsələdə mövqeyi ortadadır. Azərbaycan dövləti ölkə mediasını asılı deyil, güclü görmək istəyir, beynəlxalq arenada nüfuzunun artırılmasına çalışılır.
Bir neçə ildir, həyata keçirilən media siyasəti bəhrəsini verir. Son iki ildə çap və onlayn media subyektlərinin fəaliyyətində şəffaflıq təmin olunub, hesabatlılıq yaranıb. Belə olan halda da jurnalistlərin cəmiyyət arasında da nüfuzu artır, əvvəlki neqativ imic aradan qalxır.
Medianın İnkişafı Agentliyi qarşıya qoyulan hədəflərə uğurla addımlayır. “Pravda.az” xəbər portalı 3-cü dəfədir ki, elan edilən müsabiqədə qaliblər sırasındadır. Etimad göstərilirsə, doğrultmaq lazımdır. Biz də yalnız bunun üçün çalışırıq".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:50 / 20.12.2022
“Çap və onlayn media subyektlərinin fəaliyyətində şəffaflıq təmin olunub” — Baş redaktor
Hazırda oxunan: “Çap və onlayn media subyektlərinin fəaliyyətində şəffaflıq təmin olunub” — Baş redaktor
Hazırda oxunan: “Çap və onlayn media subyektlərinin fəaliyyətində şəffaflıq təmin olunub” — Baş redaktor
110661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.