“Gender bərabərliyi Azərbaycan xalqının genetiik kodlarının ən üstün kodlarından biridir. Eyni zamanda dövlət də gender bərabərliyinin təmin olunması istiqamətində zəruri addımlar atır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Azərbaycanda gender bərabərliyinə mane olacaq heç bir mühit yoxdur. Bu istiqamətdə qanunların qəbulu da ardıcıl xarakter daşıyır. Gender bərabərliyinin pozulması isə həmin insanın səviyyəsinin, təhsilinin aşağı olmasına əsaslanır”, - deyə deputat əlavə edib.
Fəzail Ağamalı bir sıra təkliflərlə də çıxış edib:
“Qadın və uşaqların hüquqlarının pozulmasının qarşısını almaq üçün qanunvericiliyin müddəaları ciddi şəkildə sərtləşdirilməlidir.
Sahibkar qadınların sayındakı artım göz önündüdədir. Qadın sahibkarların sayının artırılması üçün onlara müəyyən güzəştlərin edilməsi məqsədəuyğun olardı.
Ailə institutun zəifləməsində feministlərin ciddi təsiri var. Xaricdən maliyyələşən feminist institutları qızları öz təsirləri altına alır. Bu təsirlərin qarşısını almaq üçün qanunvericilikdə müvafiq addımların atılmasına ehtiyacın olduğunu düşünürəm”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:14 / 20.12.2022
“Ailə institutunun zəifləməsində feministlərin ciddi rolu var” – Fəzail Ağamalı
Hazırda oxunan: “Ailə institutunun zəifləməsində feministlərin ciddi rolu var” – Fəzail Ağamalı
Hazırda oxunan: “Ailə institutunun zəifləməsində feministlərin ciddi rolu var” – Fəzail Ağamalı
110600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.