Azərbaycan "Ginnesin Rekordlar Kitabı"ına hansı əməllərinə görə düşdü? – ŞOK FAKTLAR

Hazırda oxunan: Azərbaycan "Ginnesin Rekordlar Kitabı"ına hansı əməllərinə görə düşdü? – ŞOK FAKTLAR

110598

Dünyada ən uğurlu layihələrdən biri olan “Ginnesin Rekordlar Kitabı” həm də ən uğurlu kommersiya nəşridir. 67 ildir ki, dünyanın 4 yanında yaşayan bir çox insanlar bu kitaba düşmək üçün illərin əziyyətinə və gərginliyinə qatlaşırlar. Bu kitab insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir.

Maraqlıdır ki, “Ginnesin Rekordlar Kitabı”na düşmək xoşbəxtliyi bir çox soydaşlarımıza nəsib olub. Kimdir onlar? Tanıyaq:

1. Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə bu nailiyyətə çatıb. F.Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib.

2. Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib.

Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.
3. 1990-cı ildə Bakı şəhərində anadan olmuş Stanislav milliyətcə rus olsa da, 2002-ci ildə Azərbaycan vətəndaşı kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, dünyanın ilk gənc professional rəssamı kimi rekordlar kitabına adını yazdırıb. Stanislav Şpanin gənc rəssam olaraq bir cox beynəlxalq mükafatların sahibdir. O, 2005-ci ildə Azərbaycanı tərk edərək ABŞ-a köçüb.

4. Azərbaycanlı qrossmeyster, 1986-cı ildə anadan olmuş Qədir Hüseynov 1994-cü ildə Rumıniyada keçirilmiş Avropa çempionatında 1-ci yeri tutaraq 8 yaşında qazandığı bu nailiyyətə görə "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, həm də Müstəqil Azərbaycan respublikasına qızıl medal qazandıran ilk şahmatçı kimi də tarixə düşüb.  

5.Hüsüyn Rzazadə Güney Azərbaycanlıdır. 1978-ci ildə Ərdəbildə anadan olub. Ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionudur. Soydaşımız "Ginnesin Rekordlar Kitabı"na planetimizin an güclü pəhləvanı kimi daxil olub. 263 kiloqram ağrlığı başı üzərinə qaldıran Hüseyn 2004-cü ildə 263.5 kq. ağırlığı qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyib.

6. Hazırda bütün dünyada model, stiptizçi aktyor olaraq tanınan Muxtar Səfərov dünyanın ən böyük cinsi organına sahib kişi kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Bakıda doğulub böyüyən Muxtar Səfərov əvəllər kikboksinq, bodobildinqlə məşğul olub.

M.Səfərov bodibildinq yarışlarında tanınandan sonra Moskvaya model agentliyinə dəvət alıb və dünyada məşhurlaşması bundan sonra başlayıb.

O, Bakıdan Moskvaya köçüb, daha sonra ABŞ və Braziliyiada yaşayıb. O hazırda dünyanın məşhur model agentlikləri və ünlü modellərlə birgə çalışır.
7.Gürcüstanın Borçalı mahalında yaşayan azərbaycanlı, «Maqnit adam» ləqəbi ilə tanınan Etibar Elçiyev də rekord qıran insanlardandır. Öz bədəni ilə dəmir əşyaları saxlamağı bacaran Etibar Elçiyev bir dünya rekorduna imza ataraq, “Ginnesin rekordlar kitabı”nın 2014-cü il üçün hazırlanmış versiyasına düşməyi bacarıb.

Etibar Elçiyev bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə üzrə dünya rekordu vurub. «Maqnit adam» bədənində eyni vaxtda 50 qaşıq saxlayıb. 

8. Azərbaycanlı sirk ustası Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla “Ginnesin Rekordlar Kitabı”na düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib. 

9. Hazırda Dubayda tanınmış şirkətlərdən birinin Marketinq direktoru vəzifəsində çalışan azərbaycanlı Vüqar Adıgözəlov çox maraqlı bir ideyanı reallaşdıraraq, Ginnesin Rekordlar Kitabına adını yazdırıb. 

Vüqar Adıgözəlov 145 ölkə vətəndaşını bir təyyarədə toplayaraq tarixi uçuşa imza atıb. Rekord ideyası ona elə təyyarədə olarkən gəlib. Bir neçə ay öncə səfərdən qayıdanda təyyarədə qeyri-adi bir elanla rastlaşıb, kapitan bildirib ki, təyyarə heyəti 14 müxtəlif dildə danışa bilir.

Bələdçidən öyrənib ki, təyyarədə əllidən çox millətdən sərnişin var. Evə çatar-çatmaz dünyada ən çox millətin uçduğu resylə maraqlanıb. Belə məlumata rast gəlməsə də qarşısına bir çox millətin nümayəndəsinin bir araya gəlib müxtəlif rekordlar qırdığı haqda məlumat çıxıb.  

Rəsmi rekord cəhdi üçün “Emirates” hava yollarına məxsus “A380” təyyarəsi seçilib. Təyyarə bu hadisəyə özəl olaraq rənglənib: üzərində müxtəlif millətlərdən əl-ələ tutmuş insanlar təsvir edilib. Təyyarə Dubay Beynəlxalq Hava Limanından (DXB) qalxaraq, BƏƏ-nin bütün əmirlikləri üzərində uçuş edəndən 1 saat sonra yenidən Dubaya qayıdıb.

Uçuşda ən az 75 müxtəlif millətin nümayəndəsinin iştirakı kifayət edirdi ki, uçuş dünya rekordu kimi qeydə alınsın.

Təyyarənin göyərtəsində olarkən Ginnes Dünya Rekordlarının rəsmi nümayəndəsi uçuşda 145 fərqli millətin nümayəndəsinin iştirak etdiyini rəsmən açıqlayaraq rekordun qeydə alındığını bildirib.
Beləliklə, bu hadisə və hava yolları Ginnes Dünya Rekordu olaraq qeydə alınıb və rəsmən "Möhtəşəm" titulunu qazanıb.

"Ginnesin Rekordlar Kitabı"na Azərbaycanda baş vermiş bəzi hadisələr də düşüb:

1. 28 oktyabr 1995-ci ildə Bakı metrosunun "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə baş vermiş hadisə. Bu hadisədə qatarın alışması nəticəsində 300 nəfər həlak olub, 400 nəfər isə xəsarət alıb. Olay “Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.

2. Dövlət Bayrağı. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Bu dirəyin hündürlüyü 162 metrdir. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Bu bayraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

3.“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən və dünyadakı ilk Miniatür Kitab Muzeyi də Ginnesin Rekordlar Kitabına daxil edilib. Bu muzey 2002-ci il aprel ayının 23-də təsis edilib. XIV əsrin möhtəşəm memarlıq abidəsi olan Şirvanşahlar Sarayının yaxınlığında yerləşir.

Miniatür Kitab Muzeyində sərgilənən nümunələr ənənəvi kitablardan çox fərqlənir və hər gün onlarla ziyarətçi qəbul edir.  Muzeydə dünyanın 70-dən çox ölkəsində nəşr edilmiş kitablar sərgilənir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin