Bir çox qoruyucu maskalar dəfələrlə istifadə üçün yararsız ola bilər, həmin səbəbdən burada faydalılıq və gözəllik arasında balansı tapmaq lazımdır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın tanınmış həkim-terapevti, toksikoloq Aleksey Vodovozov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Maskalardan bu cür istifadə daha təhlükəlidir – Terapevt
Toksikoloq xəbərdarlıq edib ki, qoruyucu maskaları dezinfeksiya etmək lazım deyil, çünki bu təhlükəlidir və nəticə olaraq zərərli buxarla nəfəs almaq olar.
"Bunun üçün spirtli də əlverişli deyil. Heç bir başqa antiseptiklə, xlorla və ya digər məhlulla təmizləmək olmaz”, - Vodovozov deyib.
Parça maskaları istənilən paltar kimi emal etmək lazımdır, yəni istehsal olunduğu materiala uyğun olaraq yumaq.
Bunu kifayət qədər tez-tez etmək lazımdır, çünki maskalar öz funksiyasını yalnız müəyyən saata qədər yerinə yetirir.
Mütəxəssis parçadan hazırlanan maskaları dəyişməyi məsləhət görüb. "Qoruyucu maskaların yuyulmaya, sıxılmağa, qurutmağa davamlı olmaları arzuolunandır”,- həkim deyib.
Toxunma maskaların yerinə müdafiə üsulu kimi ikinci növ respiratorlardan da istifadə etmək olar.
Mütəxəssis bildirib ki, onlar daha yaxşı, təhlükəsiz və effektiv əvəzetmə ola bilərlər. Həmçinin respiratorlar uzun müddətli emala ehtiyac duymur.( Sputnik)
Bizim.Media