Dekabrın 19-u saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində “AzBadam” şirkətinə məxsus badam bağlarında traktorla qazıntı işləri aparılarkən 1 metr dərinlikdə sellofan torbaya bükülmüş vəziyyətdə şəxsiyyəti müəyyən edilməyən qadın cinsli çürümüş meyitin qalıqları aşkar edilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq qaydada nümunalər götürülərək ekspertizaya təqdim edilmişdir.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:29 / 20.12.2022
Bakıda şirkət qazıntı işi apardı, bükülmüş qadın meyiti tapıldı
Hazırda oxunan: Bakıda şirkət qazıntı işi apardı, bükülmüş qadın meyiti tapıldı
Hazırda oxunan: Bakıda şirkət qazıntı işi apardı, bükülmüş qadın meyiti tapıldı
110548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.