Çində karantin şərtlərinin yüngülləşməsi ölüm sayını ARTIRDI  

Hazırda oxunan: Çində karantin şərtlərinin yüngülləşməsi ölüm sayını ARTIRDI  

110513

Çində COVID-19 ilə mübarizə tədbirlərinin yumşaldılması fonunda ölənlərin sayı kəskin artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb. 

Nəşrin yazdığına görə, Çin xəstəxanalarında və krematoriyalarında çoxlu sayda cəsəd yığılıb.

Dövlət krematoriyasının işçilərindən birinin məlumatına görə, hər gün 150 cəsədi yandırılır ki, bu,  ötən qışla müqayisədə bir neçə dəfə çoxdur: 

“Çində krematoriyalar səhərdən axşama kimi tam gücü ilə işləyir. Çinli həkimlərin fikrincə, ölkədə hər 100 min nəfərə cəmi 3,43 reanimasiya çarpayısı düşür”. 

Qeyd edək ki, Çin hakimiyyəti kütləvi etirazlardan sonra koronavirusa qarşı “sıfır tolerantlıq” siyasətini yumşaltmaq qərarına gəlib.

Ölkə həmçinin universal PCR testini ləğv edib və antipiretik, öskürək, soyuqdəymə və virus xəstəlikləri kimi reseptsiz dərmanların satışına qoyulan qadağanı ləğv edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin