Fransa Daxili İşlər Naziri Gerald Darmanen: “Fransada müsəlman qaydası ilə ət satılmasın” 

Hazırda oxunan: Fransa Daxili İşlər Naziri Gerald Darmanen: “Fransada müsəlman qaydası ilə ət satılmasın” 

1105

Paris yaxınlığında 16 oktyabrda  Samuel Pati adlı müəllimin 18 yaşlı bir çeçen tərəfindən öldürülməsindən sonra Fransada müsəlmanlara qarşı təzyiqlər  artmaqda davam edir. Hüquq –mühafizə orqanlarının əməkdaşları müsəlmanların evlərində axtarışlar aparır, təşkilatlarına basqınlar edilir, məscidlər naməlum şəxslərdən təhdidlər alırlar.

Bizim.Media xəbər verir ki, bu hadisələrin fonunda  Fransanın Daxili İlər naziri Jerald Darmanen ölkəsinin  BFM telekanalına müsahibəsində odun üstünə yağ töküb. O müsahibəsində  tələb edib ki, ət satılan dükanlarda  müsəlmanlar üçün ayrılan piştaxtalar ləğv olunmalıdır. Sitat: “Super marketlərdə halal ət satılır. Buna görə ayrıca piştaxtalar da qoyulub. Artıq bu ənənəyə son qoymağın vaxtı gəlib”.

Hazırda Fransada  müsəlmanlara qarşı yaranan gərginliyi yumşaltmağa çalışan siyasətçilər bu xəbəri birmənalı qarşılamayıblar. Hökumət mənsubları isə bildiriblər ki, nazirin dediyi fikir  kabinetin  fikri deyil, onun şəxsi fikridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin