Ölkəmizdə bir sıra hallarda nazirlərin yerdəyişməsi təcrübəsinə rast gəlinir. Buna müvafiq olaraq, fəaliyyəti müddətində fərqli nazirliklərə rəhbərlik etmiş məmurlarımız da var.
Bu yazımızda müxtəlif vaxtlarda fərqli nazirliklərə rəhbərlik etmiş nazirlərimizdən bəhs edəcəyik.
Mikayıl Cabbarov
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu günə qədər üç nazirliyə rəhbərlik edib. Belə ki, o 2013-2017-ci illərdə təhsil, 2017-2019-cu illərdə isə vergilər naziri vəzifəsini icra edib. 2019-ci ilin oktyabrında isə Şahin Mustafayevi iqtisadiyyat naziri postunda əvəzləyib.
Ceyhun Bayramov
Hal-hazırda xarici işlər naziri vəzifəsini icra edən Ceyhun Bayramov daha əvvəl təhsil naziri olub. O, 2018-2020-ci illərdə Təhsil Nazirliyinə rəhbərlik edib. Ceyhun Bayramov 2020-ci ilin iyulunda xarici işlər naziri postunda Elmar Məmmədyarovu əvəz edib.
Mədət Quliyev
Mədət Quliyev 2019-cu ilin iyunundan bəri Müdafiə Sənayesi Nazirliyinə rəhbərlik edib. Bundan əvvəl isə o, 4 ilə yaxın müddətdə 2015-ci ildə ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik edib.
Hüseynqulu Bağırov
Sabiq ekologiya və təbii sərvətlər naziri olan Hüseynqulu Bağırov da daha əvvəl başqa nazirliyə rəhbərlik etmiş məmurlar siyahısındadır. Belə ki, 2001-2018-ci ildə ekologiya və təbii sərvətlər naziri olmuş H. Bağırov 2000-2001-ci illərdə Ticarət Nazirliyinə rəhbərlik edib.
Əbülfəs Qarayev
Sabiq nazir, 4 fərqli adda 2 nazirliyə rəhbərlik edib. Belə ki, Əbülfəs Qarayev 1994-2001-ci illər gənclər və idman, 2001-2006-cı illərdə isə gənclər, idman və turizm naziri olub. 2006-cı ildə isə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi yaradılıb. Əbülfəs Qarayev isə Mədəniyyət və Turizm Nazirliyinə rəhbərlik etməyə başlayıb. 2018-2020-ci illərdə o, yeni adı ilə Mədəniyyət Nazirliyi olan nazirliyin başına gətirilib.
Firudin Cəlilov
Filoloq alim Firudin Cəlilov 11 avqust 1992 - 18 may 1993-cü ilədək xalq təhsili naziri vəzifəsində çalışıb. 18 may tarixindən etibarən isə F. Cəlilov ali və orta ixtisas təhsili naziri vəzifəsinə təyinat alıb. O, 1993-cü ilin 2 sentyabrına, sözügedən nazirlik ləğv olunanadək nazir vəzifəsini icra edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 20.12.2022
İki və daha çox quruma rəhbərlik etmiş NAZİRLƏR – ARAŞDIRMA
Hazırda oxunan: İki və daha çox quruma rəhbərlik etmiş NAZİRLƏR – ARAŞDIRMA
Hazırda oxunan: İki və daha çox quruma rəhbərlik etmiş NAZİRLƏR – ARAŞDIRMA
110454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.