Yüksək təzyiqi endirmək üçün bu hərəkətləri edin

Hazırda oxunan: Yüksək təzyiqi endirmək üçün bu hərəkətləri edin

11045

Alimlər qan təzyiqini aşağı salmaq üçün hansi idman hərəkətləri etmək lazım olduğunu açıqlayıblar.

Bizim.Media xəbər verir ki,  əzələ gərilməsinin qan təzyiqini salmaq üçün ən təsirli bir yol olduğu sübut edilib.

Kanadalı alimlərin "Journal of Physical Activity and Health" jurnalında dərc etdikləri tədqiqatın nəticəsinə görə gərilmə hərəkətləri yeriməkdən daha effektivdir.

Eyni zamanda, tədqiqat müəlliflərinin də vurğuladığı kimi hipertanoniyalı insanlara gəzmək, velosiped və xizək sürmək də tövsiyə olunur. Çünki bu fəaliyyətlər yağ yandırmağı təşviq edir, xolesterol və qan şəkərini azaldır.

Evdə gərilmə hərəkətləri etməyin daha rahat olduğu bildirilib, bu, çox vaxt tələb etmir, hava şəraitinə uyğunlaşdırılmasına ehtiyac yoxdur, hətta filmə baxarkən də etmək olar.

"Bir əzələ dartındıqda, böyük damarlar da daxil olmaqla əzələləri qidalandıran bütün damarlar dartınır.

Damarların sərtliyini azaltsanız, qan axınına qarşı müqavimət azalacaq, bu isə qan təzyiqinin artmayacağı anlamına gəlir", - deyə Saskaçevan Universitetinin mütəxəssisləri izah ediblər.

Qeyd edək ki, bi qədər əvvəl alimlər sol və sağ qolda qan təzyiqini ölçəndə hər qolda fərqli nəticənin yüksək insult, infarkt və bununla erkən ölüm riskini artıra biləcəyi bildirilmişdilər.

Qeyd olunub ki, bu fərq 10 millimetrdən çox olmamalıdır. (e-tibb)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin