Blokada ilə bağlı dezinformasiyanın əksinə olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O bildirib ki, belə hallar gün ərzində bir neçə dəfə təkrarlanır.
“Blokada ilə bağlı iddialar yalandır”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə ermənilərə məxsus təcili tibbi yardım maşınının Laçın-Xankəndi yolundan hərəkət etməsi üçün şərait yaradılıb. Bu gün BQXK 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.
Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:44 / 19.12.2022
XİN-dən Laçın yolu ilə bağlı AÇIQLAMA - İddialar yalandır
Hazırda oxunan: XİN-dən Laçın yolu ilə bağlı AÇIQLAMA - İddialar yalandır
Hazırda oxunan: XİN-dən Laçın yolu ilə bağlı AÇIQLAMA - İddialar yalandır
110427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.