Ermənistanın işğalından azad olunan ərazilərə səfər edən xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Xudafərin körpüsünü ziyarət edəndən sonra Zəngilan rayonuna yola düşüblər.
Bizim.Media xəbər verir ki, diplomatlar hazırda Zəngilan şəhərindəki vəziyyətlə tanış olurlar.
MÖVZU İLƏ BAĞLI:
Xarici diplomatlar Xudafərin körpüsündə - FOTO
Onlara erməni işğalı nəticəsində şəhərin məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.
Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.
Qeyd edək ki, diplomatlar səfər çərçivəsində Cocuq Mərcanlı kəndini, Cəbrayıl şəhərini və Xudafərin körpüsünü ziyarət ediblər.
Bizim.Media