Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yeri yaradılacaq - RƏSMİ

Hazırda oxunan: Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yeri yaradılacaq - RƏSMİ

110268

Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yerinin yaradılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Hava Limanında Səudiyyə Ərəbistan Krallığının nümayəndə heyətinin Zəngilana səfəri zamanı təşkil edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu da şübhəsiz, ölkənin ÜDM-də daha yüksək artıma töhfə verəcək:

"Biz 190 hektar ərazidə Ağdam Sənaye Parkı tikirik, burada bütün sakinlər bütün lazımi kommunal xidmətlərlə təmin olunacaqlar. Artıq bir neçə sakinimiz var. Sakinlər 10 il müddətinə ƏDV və gömrük vergisi istisnaları kimi bir sıra güzəştlərdən yararlanacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin