Azərbaycana raket atmağı təklif edən rusiyalı ekspert işdən QOVULDU

Hazırda oxunan: Azərbaycana raket atmağı təklif edən rusiyalı ekspert işdən QOVULDU

110240

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycana qarşı düşmənçilik ifadələrinə görə işdən qovulub.

Bizim.Media xəbər verir ki, bu barədə MDBMİ rəhbərliyindən haqqin.az-a məlumat daxil olub.

Xatırladaq ki, ötən cümə günü Rusiya telekanallarından birinin efirində universitetin Hərbi-Siyasi Araşdırmalar Mərkəzində yarım ştatla aparıcı ekspert vəzifəsini tutan M.Aleksandrov Rusiya ilə Azərbaycanın müttəfiqliyinə zərər vuran bəyanatlar vermişdi. 

İnstitutun yaydığı məlumatda deyilir ki, Aleksandrovun hərəkətləri MDBMİ əməkdaşı statusuna uyğun gəlmir, habelə onun xidməti vəzifələrinə hədsiz laqeyd yanaşması faktı üzə çıxıb.

Nəticədə rektor Aleksandrovun universitetdən xaric edilməsi haqqında əmrə imza atıb.

Qeyd edək ki, rusiyalı ekspert Mixail Aleksandrov Qərbə neft nəqlini dayandırmaq və bununla da qiymətlərin bahalaşmasına səbəb olmaq üçün Azərbaycana raket hücumu təşkil etməyi təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin