Portuqaliya millisinin keçmiş baş məşqçisinə ödəniləcək təzminat məbləği AÇIQLANDI 

Hazırda oxunan: Portuqaliya millisinin keçmiş baş məşqçisinə ödəniləcək təzminat məbləği AÇIQLANDI 

110217

Portuqaliya Futbol Federasiyasının istefaya göndərdiyi sabiq baş məşqçisi Fernandu Santuşa ödəyəcəyi təzminatın məbləği müəyyənləşib.

Bizim.Media "Correio da Manha"ya istinadən xəbər verir ki, federasiya 68 yaşlı mütəxəssisə 4 milyon 500 min avro təzminat ödəyəcək.

Bu təzminat məşqçinin qurumla 2024-cü ilin yayına qədər müqaviləsinin olması ilə bağlıdır. Müqavilə vaxtından əvvəl ləğv edildiyi üçün qeyd olunan məbləğ Santuşa veriləcək.

Qeyd edək ki, Santuş 2014-cü ildən Portuqaliya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin