Ərdoğan: “İmamoğlunun məsələsi siyasi motivdə deyil”

Hazırda oxunan: Ərdoğan: “İmamoğlunun məsələsi siyasi motivdə deyil”

110175

“Məhkəmənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarması siyasi məsələ deyil”.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində xalqa müraciət edərkən deyib.

Ərdoğan qeyd edib ki, məsələnin bu yerə gəlməsinə səbəb siyasi mübahisə yox, İmamoğlunun Mərkəzi Seçki Komissiyasının üzvlərini təhqir etməsi olub:

“Mən də bəzi məhkəmə qərarlarını tənqid edirəm, amma bu, heç kimə hakimləri təhqir etmək və ya məhkəmə qərarlarını tanımamaq hüququ vermir”.

Türkiyə rəhbərinin sözlərinə görə, məsələ hələ yekunlaşmayıb və işə daha iki məhkəmə instansiyasında baxılacaq, əgər bir qüsur varsa, onlar düzəldiləcək.

Qeyd edək ki, dekabrın 14-də İstanbul məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün həbs cəzası verib. O, Mərkəzi Seçki Komissiyasının (CHP) üzvlərini təhqir etməkdə ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin