Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Bizim.Media Komitəyə istinadən xəbər verir ki, Tehran-Bakı aviareysil iə gələn İran vətəndaşına aid çamadanlar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.
Bundan sonra sərnişin yoxlama otağına dəvət edilib, gömrük baxışı zamanı ona məxsus baqaj yüklərindəki geyim əşyalarının – şalvar və pencəklərin, hətta alt geyimlərinin, corabların içərisində 295 konvalyut, 169 ampul, 6 blister, 17 flakon, 10 ədəd maz şəklində olmaqla 77 adda müxtəlif növ dərman preparatları aşkar edilib.
Aşkar edilən dərman preparatları arasında ölkə ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid “Alprozolam”, “Oxazepam”, “Clonezepam” “Alprokim” adlı dərman vasitələrinin də olduğu müəyyənləşdirilib.
Hazırda faktla bağlı araşdıma aparılır.
"Göründüyü kimi, antisanitar şəraitdə, hətta bəzi hallarda şəxsi istifadə adı altında psixotrop dərman preparatlarının ölkəmizə gətirilməsinə cəhd göstərilir ki, bu da “Dərman vasitələri haqqında” Qanunun və digər qanunvericilik aktlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkə əhalisinin sağlamlığına ciddi təhdiddir", - deyə Komitə bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:56 / 17.12.2022
DGK əməliyyat keçirdi - Külli miqdarda dərman preparatları AŞKAR EDİLDİ
Hazırda oxunan: DGK əməliyyat keçirdi - Külli miqdarda dərman preparatları AŞKAR EDİLDİ
Hazırda oxunan: DGK əməliyyat keçirdi - Külli miqdarda dərman preparatları AŞKAR EDİLDİ
110164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.