SON DƏQİQƏ: Sülhməramlıların təminat avtomobillərinin növbəti keçidi olub

Hazırda oxunan: SON DƏQİQƏ: Sülhməramlıların təminat avtomobillərinin növbəti keçidi olub

110146

Xəbər verdiyimiz kimi, artıq 6-cı gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. 

Bizim.Media-nın əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Xankəndidən Laçın dəhlizi istiqamətində Rusiya sülhməramlılarının təminat avtomobillərinin növbəti keçidi baş tutub. 

Üç yük maşını Xankəndindən Laçına doğru hərəkət edib. Onlar sülməramlı kontingentin həmin ərazilərdə xidmət edən bölmələrinə təminat yükü aparıblar.

Qarşı tərəfin müxtəlif təxribat xarakterli informasiyalarına baxmayaraq etirazçılar humanitar məqsədli heç bir keçidin qarşısını almayıblar. Bu cür keçidlərə münasibət eyni şəkildə qalır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Dekabrın 12-dən etibarən isə aksiyalara start verilib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin