“Ukraynanın daha çox silah tələb etməsi NATO-nun hərbi ehtiyatlarına təsir edib” – Stoltenberq

Hazırda oxunan: “Ukraynanın daha çox silah tələb etməsi NATO-nun hərbi ehtiyatlarına təsir edib” – Stoltenberq

110076

NATO Baş katibi Yens Stoltenberq “France24“ə müsahibə verib və Ukraynadakı vəziyyətə toxunub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Baş katib “Patriot” sistemlərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

Onun sözlərinə görə, NATO müttəfiqləri bu günə qədər göndərilən silahları işlək vəziyyətdə saxlamaq üçün kifayət qədər sursat və ehtiyat hissələri olduğundan əmin olmalıdırlar.
“Bizim müttəfiqlər arasında əlavə sistemlərin göndərilməsi üzrə dialoqumuz davam edir. Lakin çatdırılan bütün sistemlərin işlək olmasını təmin etmək getdikcə daha vacib hal yaradır”, - deyə Stoltenberq bildirib.

O bildirib ki, Ukraynanın Rusiya qüvvələrindən müdafiə olunması üçün daha çox silah tələb etməsi NATO-nun hərbi ehtiyatlarına da təsir edib.

“Biz həm çəkindirmə, həm də müdafiə üçün öz ehtiyatlarımızı artıra bilmək, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstək verməyə davam etmək üçün hasilatımızı gücləndiririk”, - deyə Stoltenberq bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin