"Messinin oyununu məhdudlaşdırmalıyıq" - Deşam 

Hazırda oxunan: "Messinin oyununu məhdudlaşdırmalıyıq" - Deşam 

110058

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin finalında Argentina ilə keçirəcəkləri matç barədə danışıb.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis deyib:

“Biz Argentina DÇ-2018-də artıq 1/8 finalda qarşılaşmışdıq. Yadınızdadır? Gəlin nə edəcəyimizi düşünək. Amma biz Messinin oyununu məhdudlaşdırmaq üçün addımlar atılmalıdır. 4 il əvvəl biz ondan daha çox sağ cinahda oynayacağını gözləyirdik və o, mərkəz hücumçusu kimi oynayırdı. Bu mövqedə Messi pleymeykerdir, daha çox sərbəstliyə malikdir. Ona görə də onunla məşğul olmaq daha çətindir”.

Qeyd edək ki, Argentina - Fransa oyunu dekabrın 18-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin