Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərində yerləşən “Rus evi”nin rəhbəri Dmitri Sıtıy sui-qəsdə məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” Mərkəzi Afrikadakı Rusiya səfirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Sıtıy ona naməlum kəslər tərəfindən göndərilən bağlamanı açmaq istərkən baş verən partlayış nəticəsində ciddi xəsarət alıb.
Qeyd olunur ki, daha əvvəl də ona qarşı dəfələrlə təhdidlər olub və 11 noyabrda göndərilən bağlamada Fransada yaşayan oğlunun şəkli göndərilib.
Bağlamadakı məktubda isə “əgər ruslar Afrikadan getməsə, növbəti dəfə bağlamada oğlunun başını göndərəcəklər” sözləri yazılıb.
Səfirlikdən bildirilib ki, Banqi xəstəxanasında rus həkimlər Dmitri Sıtıyın həyatını xilas etmək üçün çalışır. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:00 / 16.12.2022
Mərkəzi Afrika Respublikasında “Rus evi”nin rəhbərinə sui-qəsd TƏŞKİL EDİLDİ
Hazırda oxunan: Mərkəzi Afrika Respublikasında “Rus evi”nin rəhbərinə sui-qəsd TƏŞKİL EDİLDİ
Hazırda oxunan: Mərkəzi Afrika Respublikasında “Rus evi”nin rəhbərinə sui-qəsd TƏŞKİL EDİLDİ
110043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.