Sevil Əliyeva: "Vaqif Mustafayev istefa verməyib, mən çıxartdım"

Hazırda oxunan: Sevil Əliyeva: "Vaqif Mustafayev istefa verməyib, mən çıxartdım"

11002

"Space" telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, o bu barədə "Haqqın.az" saytına danışıb. Qeyd edib ki, son zamanlar "Space" TV-nin fəaliyyəti onu da narahat edib. Və V. Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib:

 

MÖVZU İLƏ BAĞLI:

Vaqif Mustafayev istefa verdi


"Həqiqət budur ki, "Space"in fəaliyyəti, verdiyi məzmun son vaxtlar ciddi narahatlığa səbəb olub. Mən əsasən xaricdə yaşayıram və yalnız Bakıya səfərlərim zamanı kanalın verilişlərini izləmişəm".

"Ancaq etiraf etməliyəm ki, medianın səhifələrində bəzən çıxan çoxsaylı şikayətlər, sərt tənqidlər tamamilə haqlıdır. Son illərdə kanalın və verilişlərinin səviyyəsi həddən artıq aşağı səviyyədədir. Qeyri-peşəkarlıq və keyfiyyətsizlikdən qəzəblənən izləyicilərin fikirlərini tamamilə bölüşürəm".

S. Əliyeva bildirib ki, kanalı quran zaman belə olacağını gözləməyib: "Bütün bunlar Vaqif Mustafayevin "Space"in rəhbəri vəzifəsindən istefaya göndərilməsinə səbəb oldu.

Digər tərəfdən, televiziya kanallarının rəhbərlərinin özlərini prezident adlandırması məni bir qədər narahat edir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. "Prezident" sözünü dəyərdən sala bilməzsiniz".

Eyni zamanda, Sevil Əliyeva bu qərarla ümummilli lider Heydər Əliyev haqqında bir sıra sənədli filmlər də daxil olmaqla, mükəmməl əsərlər yaratmış istedadlı sənədli film rejissoru V.Mustafayevin xidmətlərini kiçiltmədiyini qeyd edib.

 

“Cənab Mustafayevə bir insan kimi hörmət edirəm və onu yaradıcı insan kimi qiymətləndirirəm. Çox təəssüf ki, Azərbaycan rəsmiləri onun atam haqqında çəkdiyi "İnsanları xilas edəcəm" adlı mükəmməl bədii filmini layiqincə qiymətləndirməyiblər.


Ancaq məhz bu əsərdə Vaqif Mustafayev ümummilli lideri siyasətçi kimi, dövlət məmuru kimi deyil, şəxsiyyət kimi göstərib.

Ümid edirəm ki, indi ölkənin ideoloji siyasətindən məsul olan məmurlar dəyişdikcə, geniş ictimaiyyət nəhayət bu əsərlə tanış olacaq.

Yeri gəlmişkən, mən filmin müəlliflərinə bir sıra detallar barədə tövsiyələr vermişəm, Məsələn, Heydər Əliyevin yalnız mavi və boz rəngli kostyumlar geyindiyi və qara kostyumları sevmədiyi, evimizin içərisinin çox isti, rahat olduğu və s. Bu filmdə ən yaxşı rus aktyorları rol alıb.

Əminəm ki, Vaqif Mustafayevin Heydər Əliyevlə bağlı əsərləri gələcək nəsillərə müstəqil Azərbaycanı yaradan şəxsin necə biri olduğunu bilməkdə kömək edir",-deyə Sevil Əliyeva əlavə edib.

"Space" kanalının rəhbəri vəzifəsinə artıq hansısa namizədin olub-olmadığı barədə suala telekanalın qurucusu həmin şəxsin artıq qərarlaşdırıldığını və tezliklə kanalın işçilərinə və ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin