Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün “QAYNAR XƏTT” yaradıldı

Hazırda oxunan: Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün “QAYNAR XƏTT” yaradıldı

110001

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün “Qaynar xətt” yaradılıb”.

Bu barədə Bizim.Media-ya Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyada iştirak edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin mərkəz rəhbəri Dilarə Əfəndiyeva bildirib.

O bildirib ki, separatçıların yerli sakinlərə təzyiqlərinə baxmayaraq, əvvəlki günlərlə müqayisədə edilən zənglərin sayı əhəmiyyətli dərəcədə artıb.

“Müraciətlərin çoxluğunu nəzərə alaraq mən və həmkarlarım mərkəzimizdə “Qaynar xətt”in yaradılması qərarını qəbul etmişik. Biz həmvətənlərimizin müraciətlərinə operativ qaydada cavab verməyə hazırıq. 
“Qaynar xətt”imiz belədir: +994702779911. Qarabağ regionunda yaşayanlar arasında bizə müraciət edənlərin məxfiliyini qoruyub saxlayacağımıza öz tərəfimizdən zəmanət veririk”, - deyə hüquq müdafiəçisi vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin