“”Tərtər işi”ni törədənlər ortaya çıxıb üzr istəməlidirlər” – Qənirə Paşayeva

Hazırda oxunan: “”Tərtər işi”ni törədənlər ortaya çıxıb üzr istəməlidirlər” – Qənirə Paşayeva

109977

“Tərtərdə günahsız insanlara qarşı işgəncə törədənlər üzr istəməlidirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva səsləndirib.

“Onlar Tərtər hadisələrindən sonra bəraət alanlardan, şəxsən bizdən də üzr istəməlidirlər. Çünki onların valideynləri gəlib bizə ağlayırdılar, həmin insanların uşaqları məktəbə getməyə utanırdı. Biz bunlarla bağlı müraciət edəndə millət vəkillərini ittiham edirdilər ki, casusları müdafiə edirik. 
Bu hadisəni törədənlər ortaya çıxmalıdırlar. Televiziya ekranlarında əvvəllər necə ittiham edirdilərsə, indi də çıxıb zəhmət çəkib üzr istəsinlər. İnsanlarımızın heç çoxunun xəbəri yoxdur ki, bəraət alanlar var.

Onlara işgəncə verənləri cəmiyyət görməlidir. Digər tərəfdən, həmin müstəntiqlər təkrar bu sistemdə çalışacaqlarmı? Onda xalqın bu hüquq sisteminə inamı qala bilərmi? 

Prezident İlham Əliyevə təşəkkür edirik ki, bu məsələni nəzarətə aldı. O ailələr məhz Prezident bu məsələni nəzarətə götürdüyü üçün haqlarını bərpa edə bildilər. İşgəncə əmrini verənlər, işgəncələri verənlər xalqa göstərilməlidir.
Azərbaycan cəmiyyəti o müstəntiqləri görməlidir. Biz müdafiə edəndə bizi ittiham edənlər çıxsınlar ortaya. Demək ki, biz casusları yox, ədaləti müdafiə etmişik. Televiziyalarımız geniş şəkildə bəraət alan insanlarla bağlı verilişlər versin ki, onların uşaqları artıq məktəblərə utanmadan getsinlər. Bir daha ədalətin bərpası üçün çalışanlara təşəkkür edirəm”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin