Azərbaycanda daha iki faydalı qazıntı yatağı istifadəyə verildi

Hazırda oxunan: Azərbaycanda daha iki faydalı qazıntı yatağı istifadəyə verildi

109827

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşkil etdiyi növbəti hərracda Bakının Qaradağ rayonunda yerləşən “Gülbaxt” və “Vulkan” əhəngdaşı yataqlarının müvafiq olaraq 3,9 hektar və 9,6 hektar sahəsi istifadəyə verilib.

Bizim.Media bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı və qalibləri ilə buradan tanış olmaq mümkündür.

Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac yanvarın 6-da keçiriləcək. Hərraca “Babazənən-III” gilcə yatağının 8 LOT üzrə 53 hektar sahəsi çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin