Dekabrın 14-də Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər (mülki vətəndaşlar olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 15.12.2022-ci ildə saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib:
"Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub.
Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir. Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub".
Qeyd edək ki, dünən Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:53 / 15.12.2022
Kəlbəcərdə minaya düşərək xəsarət alanların son durumu açıqlandı
Hazırda oxunan: Kəlbəcərdə minaya düşərək xəsarət alanların son durumu açıqlandı
Hazırda oxunan: Kəlbəcərdə minaya düşərək xəsarət alanların son durumu açıqlandı
109823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.