“Davakar insan deyiləm. Amma kinliyəm. İlan ilindən, qoç bürcündənəm. Həyatımda elə insanlar var ki, illərdir onlarla danışmıram. Hamımız bu dünyadan köçəcəyik. Sabah mənə bir şey olsa, istəmərəm ki, o, gəlsin. Çünki ürəyimi qadın həmkarım elə qırıb ki... Heç kəsin pisliyinə çalışmamışam. Gücüm nəyə çatıb, yaxşılıq etmişəm. Amma o şəxs qədrimi bilmədi. İllər əvvəl aramızda dava yaşandı. O şəxsi heç zaman bağışlamayacağam”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
Sənətçi ad çəkməsə də, illər əvvəl aralarında qalmaqal yaşadığı həmkarı Əməkdar artist Kəmalə Rəhimlidən söz açıb. Müğənni bildirib ki, Rəhimli onun üzünə qarğışlar və xoşagəlməz sözlər deyib.
Musəvi canlı efirdə ağlayaraq əlavə edib ki, heç zaman Rəhimlini bağışlamayacaq:
“O qadın həmkarım mənim üzümə qarğışlar edib. Onun mənə söylədiyi qarğışları, xoşağəlməz sözləri yaxınlarım da eşidib. Deyiblər ki, bu qadın mərhum İlhamə Quliyevadan da “beş-betər”dir. Bu şou deyil. Onun mənimlə davası başqa idi. Elə düşünürdü ki, mən onun kanallara çıxmasına qarşı çıxmışam. Kanal kimi istəyir o sənətçinidə efirinə dəvət edir.
Əksinə çalışmışam ki, ona hər zaman köməklik etdim. Onu kanallara çağırmadılar. Bir gün beyninə nə gəldisə, mənə söylədi ki, “səhərə sağ çıxmayasan!”. Onun bu sözlərindən sonra həmin adamı bağışlamaq olar? Mən daha o Ruhəngiz deyiləm.
Söylədi ki, bütün xəstəliklərim sənə gəlsin. Əlimdən heç vaxt pislik gəlməyib. Hər zaman yaxşılıq etmişəm. Amma onu qiymətləndirməyəndə... Allah hamının ürəyinə görə versin. Onun bu sözləri məni çox yandırdı. Efirə də çıxıb, məqalədə yazdırıb ki, “Ruhəngiz mənim ekranlara çıxmağımı istəmir”. Onun adını açıqlamaq istəmirəm. Getsin!”.
Qeyd edək ki, iki sənətçi gənclik illərində rəfiqə olub. Kəmalə Rəhimli müsahibələrin birində Rühəngiz Musəvi haqda söylədiyi “Bu, Ruhəngizin öz səhvi olub. Mən heç kəsə ilişən adam deyiləm. Heç kəslə də maraqlanmıram. Ancaq mən maraq nöqtəsindəyəm.
Hər zaman mənimlə maraqlanıblar. Feysbukda da mənlə maraqlanır, söz atırlar. Məni heç kəs maraqlandırmır. Çünki özümü hamıdan artıq bilirəm. Ruhəngiz mənə qarşı çox böyük bir səhv elədi. Məhz buna görə də onunla əlaqəmi kəsdim.
Telekanallara çıxışımı istəmir. Onunla yaxşı vuruşdum. Sözləşdim, dedim, nə ixtiyarla mənim adımdan belə söz demisən? Mənim adımdan başqa yerdə söz danışmışdı, ona görə də ondan bərk incidim. Bu qədər” sözlərindən sonra tərəflər düşmən kəsilib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:21 / 15.12.2022
Ruhəngiz düşmən kəsildiyi Kəmalədən danışdı: “Dedi ki, səhərə sağ çıxmayasan” - VİDEO
Hazırda oxunan: Ruhəngiz düşmən kəsildiyi Kəmalədən danışdı: “Dedi ki, səhərə sağ çıxmayasan” - VİDEO
Hazırda oxunan: Ruhəngiz düşmən kəsildiyi Kəmalədən danışdı: “Dedi ki, səhərə sağ çıxmayasan” - VİDEO
109723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.