2023-cü ildə əmanətləri hansı valyutada saxlamaq lazımdır? – Ekspertlərdən FƏRQLİ MƏSLƏHƏT

Hazırda oxunan: 2023-cü ildə əmanətləri hansı valyutada saxlamaq lazımdır? – Ekspertlərdən FƏRQLİ MƏSLƏHƏT

109718

Mərkəzi Bankın hesabatına görə bu il infilyasiya 17 faiz olub. Banklarsa milli valyuta ilə yerləşdirilmiş əmanətlərə ortalama illik 10-11 faiz verir. Burdan da aydın olur ki, əmanətçilər 2022-cü ildə ən azı 5-6 faiz itkiyə məruz qalıblar. Xarici valyuta ilə saxlanılan əmanətlərə isə banklar çox aşağı faiz verir.

Elə isə 2023-cü ildə vətəndaşlarımız əmanətlərini banklara hansı valyuta ilə yerləşdirsələr daha çox qazana bilərlər?

Bizim.Media ilə söhbətində iqtisadçı Natiq Cəfərli bildirdi ki, 2023-cü ildə dünyada iqtisadiyyatın kiçilməsi gözlənilir:

“Azərbaycanın dünyada baş verən hadisələrə birbaşa bağlılığı olmasa da dolayı təsirlərdən xali deyil. Ona görə də gələn ildə əksər valyutaların ABŞ dolları qarşısında dəyərdən düşmə ehtimalı böyükdür. Ona görə də vətəndaşlarımıza məsləhət görürəm ki, vəsaitlərini dollarda və “3 səbət” prinsipində saxlasınlar.
 

MÖVZU İLƏ BAĞLI:

Neftin ucuzlaşması manatın məzənnəsinə necə təsir edəcək? - AÇIQLAMA


Bu zaman itki daha az olar. Yaxşı olar ki, vəsaitlərinin bir qismini dollarda, bir qismini funt-sterlinq və bir qismini də başqa valyutada yerləşdirsinlər. Qızıl da etibarlı yatırımdır. İqtisadi təlatümlər davam etsə qızılın qiyməti kəskin artacaq. Bu gedişlə qızılın unsiyasının 2 min dollar olacağı çox real görünür”.

İqtisadçı Əkrəm Həsənov da ən yaxşı yatırım qızıl olduğunu söylədi:

“Əmanətləri xarici valyutada saxlamaq faiz baxımından sərf eləmir. Milli valyutaya da etibar yoxdur. Hər an devalvasiya ola bilər. Bu baxımdan əmanətlərin xarici valyutada-dollarla, funt-sterlinqlə saxlamaq daha məqsədəuyğundur.Amma unutmayaq ki, illik faiz xarici valyutada çox aşağıdır. Qızıl ən yaxşısıdır. Çünki, qızılın qiyməti durmadan artır. Lakin, qızılın da evdə saxlanması təhlükəlidir. Gərək bankda saxlyasan”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin