Bakı-Quba yolunun 76-cı km-də, Xızının Giləzi qəsəbəsindən keçən hissəsində avtomobil qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə yolun təmir gedən, amma istifadəyə verilməmiş hissəsində qeydə alınıb.
Abşeron rayon sakini, 49 yaşlı Səfa Vəzir oğlu Babayev idarə etdiyi "Mitsibushi 1.200” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olan velosipedçini vurub.
Nəticədə Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 55 yaşlı Əlirza Ağarza oğlu Əliyev hadisə yerindəcə ölüb.
Faktı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır.
Qeyd edək ki, bu, Bakı‐Quba yolunun Xızı rayonu ərazisində, son 3 gündə 3 nəfərin ölümünə səbəb olan 2-ci ağır yol hadisəsidir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu